Makroiqtisadi siyasət

From ..::Banker.az::..
Jump to: navigation, search

Makroiqtisadi siyasət (makroeconomic policy) – yüksək iqtisadi artım templərinə, tam məşğulluğa, məhdud inflyasiya səviyyəsinə və rasional (optimal) xarici ticarət balansına nail olmaq üçün dövlətin iqtisadi tənzimləmə fəaliyyəti. Makroiqtisadi siyasətin ən ümdə vəzifəsi işsizliklə inflyasiya arasında balans yaratmaqdır. Makroiqtisadi siyasətin əsas bölmələri: a) fiskal (büdcə-vergi) siyasət; b) monetar (pul-kredit və valyuta) siyasət; c) gəlirlər və qiymət siyasəti; ç) xarici ticarət siyasəti.


Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı