Maliyyə planı

From ..::Banker.az::..
Jump to: navigation, search

Maliyyə planı - məqsədi maliyyə resurslarının mümkün həcminin təyinatı, maliyyə göstəriciləri üzrə ehtiyat və kapitalın proqnozlaşdırılmasıdır. Maliyyə planlaşdırılmasının mühüm cəhəti təsərrüfatlaşan obyektin gəlir və xərclər mərkəzini təyin edən strategiya ilə bağlıdır. Gəlir mərkəzi təsərrüfatlaşan subyektə maksimal mənfəət gətirən bölməni əhatə edir. Xərc mərkəzi isə az rentabelli qeyri-kommersiya xarakterli, lakin təsərrüfat-ticarət prosesində mühüm rol oynayan bölmədir. Bir çox Qərb firmaları maliyyə planlaşdırılmasında «iyirminin-səksənə» qaydasına üstünlük verirlər. Burada 20% kapital xərci, 80% mənfəət verməlidir. Qalan 80% kapital isə 20% mənfəətə bərabərdir. Bu prinsip köhnə istismar sahələrində maliyyə və mənfəət planlaşmasında rəhbər tutulması, müvafiq mədən komplekslərində eksperiment layihələrin tətbiqində sınanması da məqbul hesab edilməlidir. Qəbul olunmuş praktikaya görə maliyyə planlaşdırılması, adətən beşillik müddətə müəyyən edilir. Bununla yanaşı perspektiv, cari və operativ planlaşdırma da həyata keçirilir.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com