OPEK

From ..::Banker.az::..
Jump to: navigation, search

OPEK - neft ixracatçısı ölkələri təşkilatı. Dövlətlərarası iqtisadi-siyasi təşkilat kimi 1960-cı ildə Bağdatda təsis olunmuşdur. Təşkilatın nizamnaməsi 5 il keçdikdən sonra Karakasda qəbul edilmişdir. OPEK-in məqsədi təşkilat üzvi ölkələrin neft siyasətinin unifikasiyası. Səmərəli istehsal və ticarətin təşkili, dünya neft qiymətlərinin tənzimlənməsi, ekoloji missiya və sair təşkil edir. Hazırda OPEK-ə 12 dövlət: Əlcəzair, Venesuella, Qabon, İndoneziya, İraq, İran, Qatar, Kuveyt, Liviya, Niqeriya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı daxildir. Digər ölkələrin assositativ üzvülüyü OPEK nizamnaməsində əksini tapmışdır.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com