PricewaterhouseCoopers

From ..::Banker.az::..
Jump to: navigation, search

PricewaterhouseCoopers (PwC) – dünyanın iri auditor şirkətlərinin “böyük dördlüyünə” daxil olan auditor şirkətidir. Qərargah-mənzili Londonda yerləşir. PwC birləşmə nəticəsində yaranmışdır. Pricewaterhouse 1848-ci ildə Londonda Samuel Loel Prays tərəfindən, Coopers Brothers isə 1854-cü ildə Uilyam Kuper tərəfindən yaradılmışdırlar. 1957-ci ildə Coopers Brothers & Co, McDonald, Currie & Co (Канада) və Lybrand, Ross Bros & Montgomery (ABŞ) ilə birləşmiş və Coopers & Lybrand şirkəti yaradılmışdır. Auditor şirkəti bu günkü adını 1998-ci ildə Pricewaterhouse və Coopers & Lybrand-ın birləşməsindən sonra almışdır. Ümumilikdə PricewaterhouseCoopers-də 154 ölkədən olan 161 mindən artıq mütəxəssis çalışır. 2010-cu ildə şirkətin gəliri 26,6 mlrd ABŞ dolları təşkil etmişdir. Nəzərə almaq lazımdır ki, bu pulun təxminən yarısı bilavasitə audit üzrə xidmətlər hesabına qazanılmışdır. PwC eləcə də hüquqi kömək, vergi və digər məsləhətlər həyata keçirir. Fortune Global jurnalının verdiyi xəbərə görə, dünyanın 500 iri şirkətindən 415-i onun müştəriləri sırasındadır.