Private banking

From ..::Banker.az::..
Jump to: navigation, search

Private banking (РВ) – VİP- müştərilərə banklar tərəfindən maliyyə və qeyri maliyyə xidmətləri təklif edən kompleksdir və özünə fərdi xidmət sistemini daxil edir. Banklarda xüsusi biznes istiqaməti kimi ayrılıb. Private banking özünə bank, investisiya və məsləhətlər xidmətləri daxil edir. Bank xidmətləri öz mahiyyəti etibarilə kredit təşkilatının daha yaxşı fərdi şərtlərlə bütün klassik məhsullarını özünə daxil edir. İnvestisiya xidməti müştərinin vəsaitlərini pay investisya fondlarında (PİFlər), bank idarəçiliyinin ümumi fondlarında (BİÜF), etibarlı idarə etmədə, həyatın yığım sığortası vasitələrində, alternativ investisiyalarda (şərab kolleksiyaları, qiymətli əşyalara qoyulmuş vəsait və sairə) və digərlərində yerləşdirilməsini nəzərdə tutur. Məsləhət xidmətləri hüquqi və investisiya, o cümlədən beynəlxalq bazar vasitələri üzrə məsələlərini əhatə edir. Bundan başqa banklar vergiqoymanın optimallaşdırılmasında, sığorta məhsullarının seçimində, müştərilərə xarici banklarda hesab və depozit açmaqlarında və sairdə kömək edirlər. İmtiyazlı müştərilər eləcə də bir sıra əlavə imkanlar və xidmətlər, məsələn müxtəlif klub imtiyazları, mehmanxanaların ayrılması, səyahətlərin təşkili və sairə əldə edirlər. PB çərçivəsində statuslu müştərilərə xidmətin göstərilməsi bankın xüsusi, komfortlu bölmələrində həyata keçirilir. Hər bir VİP-istifadəçiyə onun bütün maliyyə məsələlərini fərdi şəkildə hər bir zaman həll edən və ehtiyac olduğu halda onun yanına gedən personal menecer ayrılır. PB bazarı informasiya cəhətdən qapalı bazardır. Faiz dərəcələri və xidmət şərtləri hər bir VİP-müştəriyə fərdi şəkildə təyin olunur, tariflər dərc olunmur və kredit təşkilatları tərəfindən ancaq şəxsi görüş zamanı açıqlanırlar. Lakin bir qayda olaraq belə müştərinin statusu nə qədər yüksək olsa və onun kapitalı nə qədər çox olsa, private banking çərçivəsində bank tərəfindən təmin edilmiş imtiyazlı xidmətlərin spektri bir o qədər geniş olur.