Prodakşin Şerrinq

From ..::Banker.az::..
Jump to: navigation, search

Prodakşin Şerrinq - neftqazçıxarmada xarici kapitalın cəlbində geniş yayılmış xüsusi forma hasilatın pay bölgüsü haqqında sazişdir. Belə əməkdaşlıq bir çox ölkələrdə, xüsusən də Rusiyada tətbiq edilir. Bu ölkədə «Prodakşin-şerrinq», hasilatın pay bölgüsü üzrə əməkdaşlıq müvafiq adla ifadə olunan 1995-ci ildən fəaliyyət göstərən xüsusi qanunla tənzimlənir. Mövcud praktikaya əsasən belə fəaliyyət aşağıdakı nəzəri sxem üzrə təsbit olunur. Neft hasil edən müəssisə dövlətlə sazişə girərək bir çox ödənişlər və vergilər müqabilində hasil edilən məhsulun pay bölgüsü imkanını qazanır və yalnız mənfəətdən vergi ödəyir. Hər bir saziş yerli şəraiti nəzərə almaqla fərdi xüsusiyyətli tərtib olunur. İnvestorun payına düşmüş hasil edilən neft həm daxili, həm də xarici bazarda reallaşa bilər. Mübahisələr iqtisad məhkəmələrində həllini tapır.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com