Pul-kredit siyasəti və ya Monetar siyasət

From ..::Banker.az::..
Jump to: navigation, search

Pul-kredit siyasəti və ya Monetar siyasət - qiymətlərin sabitləşdirilməsini, əhalinin məşğulluğunu və istehsalın real artımını təmin etmək məqsədi ilə dövriyyədə olan pul kütləsinə təsir etmə əsasında aparılan dövlətin iqtisadi siyasətinin vacib istiqaməti. Makroiqtisadi proseslər, ilk növbədə inflyasiya, iqtisadi artım, işsizlik və s. təsir göstərmə pul-kredit siyasəti ilə tənzimlənir. Pul-kredit siyasəti Mərkəzi Bank tərəfindən reallaşdırılır. Bir qayda olaraq Mərkəzi Bank tərəfindən reallaşdırılan pul-kredit siyasəti maliiyə sabitliyinə nail olma, onu qoruma, milli valyuta kursunun möhkəmləndirilməsi və ölkənin tədiyyə balansının dayanaqlığının təmin edilməsi istiqamətinə yönəlmişdir.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com