Pul aqreqatları

From ..::Banker.az::..
Jump to: navigation, search

Pul aqreqatları - bir-birindən likvidlik dərəcəsi ilə fərqlənən pul və pul vəsaitləri növləri. Ayrı-ayrı ölkələrdə pul aqreqatları tərkibi müxtəlif olur. Ümumilikdə isə daha çox М0 (nağd pullar), Ml (nağd pullar, çeklər, tələb olunmuş əmanətlər), М2 (nağd pullar, çeklər, tələb olunmuş əmanətlər və böyük olmayan əmanətlər), МЗ (nağd pullar, çeklər, istənilən əmanətlər), L (nağd pullar, çeklər, əmanətlər, qiymətli kağızlar).



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com



Pul aqreqatları - Bir-biri ilə likvidlik səviyyəsinə görə, başqa sözlə nağd pul vəsaitinə daha tez çevrilə bilmə imkanlarına görə fərqlənən pul vəsaitlərinin növləri, ölkədə pul kütləsinin struktur göstəriciləridir. Müxtəlif ölkələrdə pul aqreqatları və onların tərkibi fərqlənir. AR-da M0, M1, M2 və M3 aqreqatlarından istifadə olunur: M0=ödəniş vəsaiti kimi ani istifadə olunan pul kütləsinin ən likvid hissəsi. Dövriyyədə olan banknot və sikkələr. M1=M0+tələb olunanadək əmanət və depozitlər; M2=M1+müddətli əmanət və depozitlər; M3=M2+sərbəst dönərli valyutada əmanət və depozitlər.