Pul kütləsi aqreqatları

From ..::Banker.az::..
Jump to: navigation, search

Pul kütləsi aqreqatları (muney supply aggregates) – pul tədavülünün tənzimlənməsi məqsədilə onun öyrənilməsinə yönəldilən pul kütləsinin həcmini və strukturunu əks etdirən göstəricilərdir. Məcmu pul kütləsi aşağıdakı pul kütləsi aqreqatlarından ibarətdir: – M0= bank sistemindən kənar nağd pul; – M1=M0+ kommersiya banklarında əhalinin və müəssisələrin depozitləri; – tələbli əmanət banklarında əhalinin depozitləri; – müəssisə, təşkilat və vətəndaşların hesablaşma, cari və xüsusi hesablarındakı vəsaitləri; – M2=M1+ əmanət banklarında müddətli əmanətlər; – M3=M2+ bankların depozit sertifikatları; dövlət istiqraz vərəqələri; – bankların və dövlətin digər qiymətli kağızları.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı