Qızıl

From ..::Banker.az::..
Jump to: navigation, search

Qızıl latınca aurum sözündən olan Au simvolu ilə göstərilən kimyəvi elementdir. Birja əmtəəsi olan sadə, sarı rəngli nəcib metaldır. Qızıl bəşətiyyətə hələ bürünc dövründən məlumdur. Onun hasil olunması ilə Mesopotamiyada və Qədim Misirdə məşğul olurdular. Antik dövrdə insanlar qızılın, su və günəşin nadir birləşməsindən əmələ gəlməsinə inanırdılar. Atrıq o dövrdən o, varlılıq simvolu kimi hesab edilirdi və zərgərlik bəzəklərinin və zinət əşyalarının düzəldilməsində istifadə edilirdi.

Sarı metal tarixdə dəfələrlə müharibə məqsədlərinin səbəbi olmuşdur. Belə ki, eramızdan əvvəl 344-cü ildə Makedoniyalı İskəndərin hərbi əməliyyatlarının məqsədlərindən biri Persiyanın iri qızıl ehtiyatlarının mənimsənməsi olmuşdur. Məsələn, eramızdan əvvəl 202-ci ildə Karfagenə qarşı İkinci Punik müharibəsi Romaya İspaniyanın qızıl hasil edən regionlarına daxil olmaq imkanı vermişdir.

Tarix yeni qızıl yataqlarının açılmasının bütöv regionların iqtisadiyyatının və dünyanın əsaslı dəyişməsinə gətirən qızıl həyəcanı kimi hadisəni yaxşı xatırlayır. Məsələn, 1700-ci ildə Braziliyada qızıl hasil etməyə başladılar. Bir neçə il ərzində ölkə ildə 15 min ton qiymətli metal hasil edərək dünyada onun əsas tədarükçüsünə çevrildi. Qızıl axtaranlar Braziliyaya axışdılar və bu yeni qitənin mənimsənilməsinə təsir göstərdi. 1848-ci ildə Kaliforniyada qızıl tapıldı. Bu, Amerika Birləşmiş Ştatları kimi ölkənin yaranmasına səbəb olan faktorlardan biri olmuşdur. 1850-ci ildə Avstraliyada qızıl yataqlarının aşkar edilməsi mühacirlərin yeni ərazilərə axınına səbəb olmuşdur. Ən məşhur qızıl həyəcanı 1896-cı ildə iki Kanada geoloqunun Yukon çayının yaxınlığında metal ehtiyatları tapdığrından sonra başlamışdır. Bu yatağın adı Klondaykdır. Bundan on il sonra analoji hadisə ancaq bir fərqlə, Cənubi Afrikada baş vermişdir: orada qızıl artıq şirkətlər tərəfindən və sənaye üsulunda hasil olunurdu.

Bu gün qızılın hasil edilməsinin bir neçə texnologiyası məlumdur: yuyub ayırma, civədən istifadə etməklə amalqamasiya, sianlaşdırma və regenerasiya.. Ümumilikdə dünyada orta hesabla təxminən ildə 2 500 ton qızıl istehsal edilir. Dünyada ən çox qızıl Cənubi Afrikada hasil edilir. Sonra isə Çin, Avstraliya, ABŞ, Peru, Rusiya (altıncı yer tutan), Kanada, Mali, Özbəkistan, Qana gəlirlər.

2010-cu ildə dünyada 450 tondan artıq qızıl texniki məqsədlər üçün istifadə edilmişdir.

• Elektronikada metal kontaktların üzərinə çəkilməsi, məsələn, mikrosxemlərdə istifadə edilir. Üzərinə qızıl örtüklər çəkilməsindən çap platalarının, birləşmələrin istehsalında istifadə edilrər.

• Qızıl lehimlər metalların lehimləndirilməsinə lazımdır. O cümlədən xüsusi yüksək dəqiqlik tələb edən birləşmələrdə, məsələn vakuum texnikasında istifadə olunur.

• Metalların qızıl suyuna salınması. Korroziyadan müdafiə üçün örtük kimi istifadəsi nadir hallarda qızılın qiymətini doğruldur, əvəzində hazır məmulatlara xüsusi bahalı görüntü verilir.

• Stomatologiya qızıldan əhəmiyyətli miqdarda istifadə edir, o eləcə də bəzi farmakologiya preparatlarının tərkibinə də daxildir. Qızıl, E 175 qida əlavəsi kimi qeydə alınıb. Buna baxmayaraq hazırda qızıl əsas istifadəsini zərgərlik sənayesində tapmışdır. Bununla belə, zinət əşyalarının istehsalında təmiz metal istifadə edilə bilməz, çünki bu məqsəd üçün o, həddindən çox yumşaqdır. Bu səbəbdən onun sink, nikel, polladium, kobalt ilə qatışıqlarından istifadə edilir. Hazır məhsulun rəngi isə onun tərkibində mis və gümüşün olması ilə müəyyən olunur.

2010-cu il ərzində zərgərlik sənayesində 2 000 tondan artıq qızıldan istifadə edilmişdir. Əsas zinət əşyaları istehlakçıları sırasında birinci yeri ənənəvi olaraq ümumi dünya istehsalından satışı 27% təşkil edən Hindistan tutur. Bu göstərici üzrə Hindastandan sonra Çin və ABŞ gəlir. Yer qabığının tərkibində az və hasilatının mürəkkəb olması qızılın nisbətən nadir olmasına səbəb olmuşdu, kimyəvi inertliyi və estetik keyfiyyətləri səbəbindən isə o qiymətli metal hesab edilməyə başladı. Bu səbəbdən qızıl qədim zamanlardan investisiya obyekti və ehtiyat kimi istifadə edilir.

2010-cu ildə investisiya məqsədləri ilə qızıla tələbat ümumilikdə təxminən 1 500 ton təşkil etmişdir. Qızıl ehtiyatları çox ölkələrdə mövcuddur. Bundan başqa dünya iqtisadiyyatında bu qiymətli metal milli valyutaların zəmanətli təminatı olaraq qızıl standart kimi istifadə edilə bilər. Belə sistem Napoleon müharibələrindən sonra ilk dəfə 1816-cı ildə Böyük Britaniyada tətbiq edilmişdir və Bretton - Vud valyuta sisteminin ləğv edildiyi vaxta qədər mövcud olmuşdur. XXI əsrin bir sıra böhranları, kağız pulların həddindən artıq emissiyası ilə müşayiət olunan daha çox inkişaf etmiş ölkələrin iri borcları, bunlar hamısı müasir iqtisadçıları bu ya və digər formada qızıl standartlara geri qaytarılması mövzusunu qaldırmağa məcbur edir.

Qızıl - birja əmtəəsidir. Onun valyutalarla analoji olaraq öz şəxsi standart kodu var: bir qayda olaraq onu XAU kimi işarə edirlər. Əsas birja meydançaları London Metal Exchange (LME, London metal birjası) və New York Stock Exchange-dir (NYSE, Nyu-York fond birjası). Qızıla fyuçers razılaşmalarının geniş dövriyyəsi vardır. Qiymətlər troya unsiyasında göstərilir. 2011-ci ilin payızına olan məlumatlara görə, 1 qızıl unsiyası 1 600- 1 800 ABŞ dolları civarında qiymətlənir. Zərgərlik və digər sənaye sahələrində olan tələbat və təklif nisbətindən başqa, qiymətin təyin edilməsinə təsir edən əsas faktor dünya iqtisadiyyatının vəziyyətidir, belə ki investorlar qızılı pul valyutasının qoyulmasına alternativ hesab edirlər.