Qiymətli kağızlar prospekti

From ..::Banker.az::..
Revision as of 11:00, 8 December 2011 by 109.237.124.34 (talk) (Created page with "'''Qiymətli kağızlar prospekti''' – emitent şirkət tərəfindən hazırlanan, onun Direktorlar şurası tərəfindən təsdiq olunan vəemitent və onun qiymətli kağızl...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Qiymətli kağızlar prospekti – emitent şirkət tərəfindən hazırlanan, onun Direktorlar şurası tərəfindən təsdiq olunan vəemitent və onun qiymətli kağızları haqqında əhəmiyyətli məlumata malik olan rəsmi sənəddir. Prospektin rolu ikilidir – bir tərəfdən, buraxılan qiymətli kağızların stimullaşdırılması üçün istifadə olunur, yəni burada pozitiv informasiya əks olunmalıdır. Digər tərəfdən, şirkət haqqında bütün informasiyanı (o cümlədən, risk amillərini) açmaq zəruridir.