Rəhbər-işçi nəzəriyyəsi

From ..::Banker.az::..
Revision as of 15:54, 30 November 2011 by 91.191.202.96 (talk) (Created page with "'''Rəhbər-işçi nəzəriyyəsi''' (principal-agent theory) – əksər özəl və dövlət təşkilatları ierarxiyaya əsaslanır. İerarxiyada aparıcı əlaqələrdən biri...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Rəhbər-işçi nəzəriyyəsi (principal-agent theory) – əksər özəl və dövlət təşkilatları ierarxiyaya əsaslanır. İerarxiyada aparıcı əlaqələrdən biri asılı işçi ilə rəhbəri arasında olan əlaqədir. Rəhbər-işçi nəzəriyyəsi ayrılan məqsədlərin, informasiya asimmetriyasının, stimullar və cəzaların, əmək haqlarının əhəmiyyətini ön plana çıxarır. İnformasiya çatışmazlığı rəhbərin öz işçisinin fəaliyyətinə nəzarət etmək və onu nəzarətdə saxlamağa mane olur. Nəzəriyyə korrupsiya və münasib islahatların mikroiqtisadi izahlarını qurmaq üçün istifadə edilmişdir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı