Regional siyasət

From ..::Banker.az::..
Jump to: navigation, search

Regional siyasət (regional policy) – ölkənin müxtəlif hissələrinin iqtisadi inkişafı arasındakı qeyri-bərabərliyi aradan qaldırmaq üçün yeritdiyi siyasətdir. Bütün ölkələrin inkişaf etmiş və zəif inkişaf etmiş regionları vardır, baxmayaraq ki, bəzi ölkələrdə regionlar arasındakı uçurum daha da dərindir. Zəif inkişaf etmiş ərazilər hər hansı bir sənaye sahəsi və yaxud iqtisadi fəaliyyət sahəsinin zəifləməsi ilə bağlıdır. Ona görə dövlət bu ərazidə hər hansı bir sənaye sahəsi yaratmaq üçün imkanlar yaradır və lokal infrastrukturu inkişaf etdirir, baxmayaraq ki, bu yol məhdud uğurlarla səciyyələnir. Sonra isə diqqət kiçik biznes üçün imkanların artırılmasına yönəldilir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı