Rikardo-Barro ekvivalentlik teoremi

From ..::Banker.az::..
Jump to: navigation, search

Rikardo-Barro ekvivalentlik teoremi (Ricardian-Barro equivalence theorem) – dövlət xərclərinin borc hesabına maliyyələşdirilməsi iqtisadi baxımdan dövlət xərclərinin vergi hesabına maliyyələşdirilməsinə bərabərdir. Yəni fiskal ekspansiya dövründə vergi dərəcələrinin azaldılması büdcə xərclərinin borc hesabına örtülməsini tələb edir ki, bu da uzunmüddətli dövrdə vətəndaşlar üçün heç bir şeyi dəyişdirmir. Əgər vergi borcları onların bugünkü öhdəlikləridirsə, dövlət borcu da gələcək öhdəlikləridir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı