Riqidlik

From ..::Banker.az::..
Jump to: navigation, search

Riqidlik - /latınca rigidus hərfi tərcümədə bərklik, möhkəmlik kimi məna daşıyır/ iqtisadi sistemin, əmtəə və xidmətlərin yüksək dayanaqlıqlı istehsal xərcləri ilə xarakterik olan vəziyyətidir. Müxtəlif elm sahələrində onun tətbiq mahiyyəti də fərqlidir. Koqnitiv, effektli və motivasiyalı təsnifatda yeni situasiya tələblərinə, proqram dəyişikliklərinə hazırsızlıq kimi mahiyyət daşıyan riqidliq, tam üst-üstə düşməsə də çox zaman konservatizmlə də paralel anlaşılır. Müasir iqtisad elmində də riqidlik spesifik məzmunda dövriyyə çıxır. Riqidlik iqtisadi düşərgədə digər mənada istehsal xərclərinin qiymət dəyişməsinə verdiyi reaksiyasıdır. O, monetar amillərin təsiri ilə yaranan qısamüddətli mərhələdə qiymətlərin qeyri-elastikliyində də fərqli xüsusiyyətə malikdir. Burada qeyd olunan yüksək dayanaqlı xərclər o, xərclərdir ki, onların ayrı-ayrı məsrəf elementlərini və ümumi strukturunu endogen təsirlər vasitəsilə kiçicik azaldılması mümkün deyildir.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com