Risk arbitrajı

From ..::Banker.az::..
Jump to: navigation, search

Risk arbitrage - Riskə əsaslanan arbitraj sövdələşmələri. 1) Birləşmə və udulma arbitrajı – Birləşdirilən (alınan) şirkətin səhmlərinin alınması və birləşdirən (alan) şirkətin səhmlərinin satılmasının (qısa satılmasının) eyni zamanda həyata keçirilməsi; 2) Ləğvetmə arbitrajı - ləğv olunan şirkətin cari dəyəri və qiymətləndirilən ləğvetmə dəyəri arasındakı fərqə əsaslanan arbitraj sövdələşməsi; 3) Cüt ticarət arbitrajı – tarixən bir-biri ilə sıx əlaqəli olan eyni sahənin çox oxşar şirkətləri arasındakı fərqə əsaslanan arbitraj. Tarixən iki şirkətin dəyəri arasında fərq yüksək səviyyədə qalırsa, onda onların hər biri üzrə bir-birini kompensasiya edən mövqelər (məsələn, biri üzrə uzun mövqe, digəri üzrə qısa mövqe) götürülməsi özünü doğrulda bilər.



Yerli Iqtisadi Inkisaf Mərkəzi