Sosial təminatlar

From ..::Banker.az::..
Jump to: navigation, search

Sosial təminatlar (social provisions) – konstitusiyada əksini tapmış sosial-iqtisadi və sosial-siyasi hüquqların gerçəkləşdirilməsini təmin edən maddi və yuridik mexanizmlər. Əsas sosial təminatlara əmək, istirahət, mənzil, təhsil, tibbi yardım hüquqları daxildir. Sosial təminatlar ayrı-ayrı işçi kateqoriyalarının və onların ailə üzvlərinin, ilk növbədə qadınlar, gənclər, pensiyaçılar və sosial müdafiəyə daha çox ehtiyacı olan digər təbəqələr kimi sosial-demoqrafik qrupların əlverişsiz vəziyyətlərini kompensasiya etməlidir. Sosial təminatlar sistemi üç əsas yarımsistem strukturdan ibarətdir. Bunlar a) istehsalat (işlə təmin olunma, sahibkarlıq, mülkiyyət, əməyin mühafizəsi hüquqları və s.); b) bölgü (minimum əməkhaqqı, pensiyalar, təqaüdlər, qiymətqoymada inhisarçılığın ləğv edilməsi, əməyin xarakteri və məzmunu ilə bağlı imtiyazlar və i.a.); c) istehlak (minimum sosial nemətlər, müavinət, dotasiya əldə etmək imkanı, xeyriyyə yardımı, reabilitasiya dəstəyi almaq hüququ və i.a.) prosesində insanın (işçinin, fərdin) təminatıdır. Dövlət qulluqçuları bütün vətəndaşlar üçün ümumi olan sosial təminatlardan istifadə edirlər. Lakin onlar üçün spesifik sosial təminatlar da nəzərdə tutulmuşdur.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı