Stabilləşdirmə (sabitləşdirmə) siyasəti

From ..::Banker.az::..
Jump to: navigation, search

“Stabilləşdirmə (sabitləşdirmə) siyasəti” (stabilization policy) – sabit qiymət səviyyəsinin mövcud olduğu şəraitdə istehsal faktorlarından tam istifadə (bu anlayış nisbi qəbul olunmalıdır) ilə müşayiət olunan makroiqtisadi tarazlığın bərpa olunmasına və qorunub saxlanmasına yönəlmiş fəaliyyətdir. Bu siyasətin əsasında makroiqtisadi tarazlığın dinamik komponenti olan məcmu tələbə təsir göstərmək dayanır. Belə tənzimlənmə məşğulluq səviyyəsində artıma və qısa müddətə də olsa tarazlığın bərpasına gətirib çıxara bilər. Stabilləşdirmə siyasətini həyata keçirərkən məcmu tələbə əsas təsir vasitələri büdcə-vergi və pul-kredit siyasətləridir.


Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı