Torpaq islahatı

From ..::Banker.az::..
Jump to: navigation, search

Torpaq islahatı (land reforms) – iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliynə, o cümlədən ərzaq təminatına nail olmaq və son nəticədə xalqın maddi rifahını yüksəltmək məqsədilə dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların xüsusi və bələdiyyə mülkiyyətinə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsini əhatə edən tədbirlər kompleksi. Torpaq islahatının obyekti vahid torpaq fondudur. Müvafiq islahat zamanı vahid torpaq fondunda dövlət mülkiyyətində saxlanılan torpaqlar, bələdiyyə mülkiyyətinə verilən torpaqlar və xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Torpaq islahatı aparılarkən aşağıdakı şərtlərə əməl edilir: a) ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması; b) torpaqların təyinatı üzrə istifadə edilməsi; c) ətraf mühitin mühafizəsinin təmin edilməsi; d) torpaq islahatının yerquruluşu layihələri əsasında aparılması. Azərbaycanda torpaq islahatını Dövlət Aqrar İslahat Komissiyası həyata keçirir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı