Unifikasiya

From ..::Banker.az::..
Jump to: navigation, search

Unifikasiya - (latlnca. uni – bir və facere – etmək) müxtəlif növ məhsulların, hissələrin, qovşaqların və digər konstruksiya elemetlərinin, tətbiq edilən materialların, texnoloji proseslərin səmərəli şəkildə eyni hala salınmasının təmin edilməsidir. Unifikasiya istehsalın seriyalılığının yüksəldilməsinə, yüksək məhsuldar və avtomatlaşdırılmış vasitələr və onları hazırlayan mütərəqqi texnologiyalar tətbiq edilməsinə, istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsinin dərinləşməsinə səbəb olur. Unifikasiya nəticəsində əmək və maddi ehtiyatlara qənaət edilir, yeni məhsul növlərinin işlənilməsi və mənimsənilməsi vaxtının və onun hazırlanmasının istehsal tsiklinin müddəti qısaldılır, əmək məhsuldarlığı, məhsulun keyfiyyəti və istehsalın səmərəliliyi yüksəldilir.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com