Uzunmüddətli investisiyalar

From ..::Banker.az::..
Jump to: navigation, search

Long-range investment(long-term investment) - Iqtisadiyyatın müxtəlif sahələrinə uzunmüddətli kapital qoyuluşudur, başqa sözlə, sənayeyə, kənd təsərrüfatına, nəqliyyata və digər təsərrüfat sahələrinə uzunmüddətli kapital qoyuluşu formasında reallaşan məsrəflərin məcmusudur. Uzunmüddətli investisiyalar istehsal amillərinin alınmasına istifadə olunur və uzun müddət ərzində öz xərcini ödəyirlər. Ümumi (məcmu) və xalis investisiyalar fərqləndirilir. Ümumi investisiyalar amortizasiya ayırmalarından və xalis investisiyalardan ibarətdir. Amortizasiya ayırmaları istehsala qoyulmuş kapitalın ödənilməsini əks etdirir. Xalis investisiyalar istehsala əlavə qoyuluşlar hesabına kapitalın artımını əks etdirir. Əgər istehsalın genişlənməsi üçün xüsusi gəlirlər çatışmırsa, müəssisə əlavə pul vəsaitləri axtarmalı olur. Beləliklə investisiya iki mənbədən: (i) müəssisələrin xüsusi yığımlarından (mənfəət, amortizasi ya ayırmaları) və (ii) borc yığımlarından (digər müəssisələrin, əhalinin müvəqqəti sərbəst vəsaitləri) formalaşır.



Yerli Iqtisadi Inkisaf Mərkəzi