Vəsaitlərin xarici valyutada köçürülməsi üçün ərizə

From ..::Banker.az::..
Jump to: navigation, search

Vəsaitlərin xarici valyutada köçürülməsi üçün ərizə - Müştəri tərəfindən öz hesabından kontragentin hesabına xarici valyutada banka pul köçürmək üçün verilən ərizə xarici valyutada vəsaitlərin köcürülməsi üçün sənəddir. Bununla belə, ödəyəni köçürən, pulu alanı isə benefisiar adlandırmaq qəbul edilib.

Sərəncamda aşağıdakı məlumatlar verilir.

• Köçürənin adı, onun VİN-i, ödəyicinin valyuta hesabının nömrəsi.

• Köçürmənin məbləğiı rəqəm və yazı ilə (fərq yolverilməzdir), valyuta ödənişinin kodu.

• Benefisiarın adı, ünvanı, hesabının nömrəsi. Burada alanın adı dəqiq müqavilədə olduğu kimi tərcüməsiz göstərilir.

• Benefisiarın bankı, müxbir hesabı, SWIFT kodu.

Bundan başqa, sərəncamda vəsaitlərin köçürülməsinə olan bank xidməti üçün komissiya yığımının kim tərəfindən ödəniləcəyi şərtləşdirilir. Şərtləndirilmədiyi halda, komissiya yığımını köçürməni yerinə yetirən həyata keçirir, lakin ödənişin köçürülməsi üzrə müqavilədə başqa məlumat da göstərilə bilər. Bu halda “Benefisiarın hesabına” sözlərini yazmaq lazımdır.

Sərəncam bank kartında göstərilən imza nümunələrinə uyğun olaraq, təşkilatın səlayihətli şəxslərinin imzası və möhürü ilə təsdiq edilir.

Xarici valyutada olan beynəlxalq köçürmələr çox halda valyuta nəzarəti altına düşürlər, bu səbəbdən bankın müvafiq bölməsinin ödənişə icazə verməsi üçün lazım olan hüquqi şəxsə əlavə sənədlər hazırlamaq lazımdır.

Personal tools
Namespaces
Variants
Actions
Navigation
Toolbox