Valyuta məzənnəsi

From ..::Banker.az::..
Jump to: navigation, search

Valyuta məzənnəsi (currency exchange rate) – bir ölkənin milli pul vahidinin digər ölkənin milli pul vahidinə nisbətdə dəyəri. İki növ məzənnə mövcuddur: (1) nominal məzənnə – iki ölkə valyutalarının qarşılıqlı əlaqəli qiymətidir; (2) real məzənnə – iki ölkə mallarının qarşılıqlı dəyəridir. E = e (P/P*). Burada, E real valyuta məzənnəsi, e nominal məzənnəni, P yerli malın qiymətini, P* isə xarici malın qiymətini göstərir. Valyuta məzənnəsi bir milli valyutanın pul vahidinin digər ölkənin valyutasının pul vahidləri ilə ifadə etdiyi qiyməti bildirir. Valyuta məzənnəsi milli pul vahidinin alıcılıq qabiliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və bəzi amillərin təsiri ilə yaranır. Belə amillərdən ən başlıcası aşağıdakılardır: ölkənin tədiyə balansı, inflyasiyanın səviyyəsi, ölkənin ümumi iqtisadi vəziyyəti, daxili bazarın vəziyyəti, vergi, xarici ticarət və investisiya rejimləri. Milli valyutanın dünya valyuta bazarlarında konyunkturu, ticarət və qeyri-ticarət əməliyyatlarının mövcud beynəlxalq hesablaşmalar sistemi də valyuta məzənnəsinin hərəkətinə təsir edir.


Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı