Valyuta siyasəti

From ..::Banker.az::..
Revision as of 19:59, 4 February 2012 by Yeganem (talk | contribs)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Valyuta siyasəti (curency policy) – dövlət tərəfindən valyuta məzənnəsinin tənzimlənməsi məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, inzibati tədbirlərin kompleksi: valyuta siyasətinin həyata keçirilmə formaları: a) diskont siyasəti – mərkəzi bankın uçot dərəcəsinin dəyişdirilməsi yolu ilə valyuta məzənnəsinin tənzimlənməsi; b) valyuta müdaxiləsi – valyuta bazarlarında tələb və təklifin tarazlaşdırılması məqsədilə mərkəzi bankın valyutaların alqı-satqısı əməliyyatlarında müntəzəm iştirakı; c) devalvasiya (milli valyutanın xarici valyutalara nisbətən məzənnəsinin məsədyönlü uçotlaşdırılması) və revalvasiya (milli valyutanın xarici valyutalara nisbətən məzənnəsinin qaldırılması). ç) valyuta məhdudiyyətləri – valyuta əməliyyatlarının inzibati tədbirlər və qanunverici aktlarla qadağan olunması və ya limitləşdirilməsi nəzərdə tutulur.


Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı



Valyuta siyasəti - dövlət orqanlarının, mərkəzi bankların, maliyyə idarələrinin, beynəlxalq valyuta-maliyyə təşkilatlarının valyuta münasibətləri sahəsində həyata keçirdikləri tədbirlər sisteminin toplusu.



Mənbə: Vergilər Nazirliyi