Visa Business

From ..::Banker.az::..
Jump to: navigation, search

Visa Business – beynəlxalq VISA ödəmə sisteminin korporativ bank kartıdır. Personalının ştat sayı 50 nəfərə qədər olan kiçik biznes müəssisələri üçün nəzərdə tutulub. Həm debet, həm də kredit kartı ola bilər.

Məzuniyyət və nümayəndəlik xərçləri, həmçinin təşkilatın fəaliyyəti üçün lazım olan mal və xidmətlərin ödəməsində istifadə edilir. Mahiyyəti etibarilə belə kart pul vəsaitinin hesabatla verilməsinin analoqu ola bilər.

Visa Business hər hansı təşkilatın əməkdaşının adına tərtib edilir, vəsaitlərin əməliyyatlar üzrə silinməsi isə müəssisənin hesabından həyata keçirilir. Yəni kart şirkətin hesabına bağlanır. Təşkilatın bir hesabında bir neçə korporativ kart açmaq mümkündür. Bank hər ay şirkətə kartın istifadəsi ilə həyata keçirilən əməliyyatlardan ətraflı çıxarış təqdim edir. Bunun hesabına təşkilatın mühasibatlığı əməkdaşın vəsaiti məqsədli xərcləməsinə nəzarət edə bilər.

Texniki xüsusiyyətlərinə görə Visa Business digər bank kartlarından heç nə ilə fərqlənmir. Ondan bankomatlarda, mexaniki imprinterlərlə və elektron terminallarla təchiz edilmiş ticarət və nağd pul verilən məntəqələrində istifadə etmək olar. Visa Business kartı, bütün dünya üzrə 170 ölkənin demək olar ki, 1 mln. bankomatı daxil olmaqla, 24 mln.-dan çox ticarət məntəqələrində qəbul olunur.