Visa Buxx

From ..::Banker.az::..
Jump to: navigation, search

Visa Buxx – beynəlxalq VİSA ödəmə sisteminin 13 yaşından 18 yaşınadək yeniyetmələr üçün nəzərdə tutulmuş bank kartıdır.

Kartı valideyn açır və doldurur, kart üzrə əməliyyatları isə yeniyetmə həyata keçirir. Valideyn kartın balansını internet-bank yaxud telefon vasitəsi ilə izləyə bilər və eləcə də uşağın xərclərinə nəzarət edə bilər, bunun üçün kart üzrə məxaric əməliyyatlarına limit qoymaq lazımdır.

Ödəmə sistemi tərəfindən ilk kart 2000-ci ildə ABŞ-da buraxılmışdır. Visa Buxx Ştatlarda gənclər arasında olduqca populyar məhsuldur. Qeyd etmək lazımdır ki, belə kartları emitentləşdirən banklar onları dəbdəbəli aksessuar kimi nümayiş etməyə çalışırlar. Bunun üçün onlar plastikin orijinal dizaynını işləyib hazırlayırlar və onu diskont proqramları ilə təchiz edirlər. Məsələn, Visa Buxx-un hər bir Amerika ştatında öz dizaynı və kobrendinq proqramı var.