Visa Classic

From ..::Banker.az::..
Revision as of 19:55, 18 December 2011 by Yeganem (talk | contribs) (Created page with "'''Visa Classic''' – Visa ödəmə sisteminin klassik kartıdır. O, həm debet, həm də kredit kartı ola bilər. Kart embossirlənmişdir. Ona mütləq avtorizasiya tələb ...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Visa Classic – Visa ödəmə sisteminin klassik kartıdır. O, həm debet, həm də kredit kartı ola bilər. Kart embossirlənmişdir. Ona mütləq avtorizasiya tələb edilmir, bu səbəbdən Visa Electron-dan fərqli olaraq onun vasitəsi ilə ödəməni ancaq POS-terminallardan deyil, səs avtorizasiyası vasitəsi ilə də yerinə yetirmək olar, bu isə kartın qəbulu şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirir. Kart vasitəsi ilə həmçinin, İnternetdən də alqılar etmək olar. Visa Classic-in illik xidməti Visa Electron-dan bir qədər bahadır, lakin ümumilikdə tariflər banklar tərəfindən çox da yüksək təyin olunmur.

Visa Classic birinci növbədə orta gəliri olan və eləcə də bank kartlarından istifadə etməkdə təcrübəsi olan insanlar üçün nəzərdə tutulub. Kart qiymət və keyfiyyətdə optimal nisbətdədir və bu səbəbdən bütün dünyada populyardır.