Visa Mini

From ..::Banker.az::..
Revision as of 19:59, 18 December 2011 by Yeganem (talk | contribs) (Created page with "'''Visa Mini Card''' – beynəlxalq Visa ödəmə sisteminin bank kartı formatıdır. Şirkətin nisbətən yeni məhsuludur, 2004-cü ildə işlənilib hazırlanıb. Kart ilk ...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Visa Mini Card – beynəlxalq Visa ödəmə sisteminin bank kartı formatıdır. Şirkətin nisbətən yeni məhsuludur, 2004-cü ildə işlənilib hazırlanıb. Kart ilk dəfə ABŞ-da Bank of America-da emitentləşdirilib. Bu gün 10 mln.-dan artıq Amerikalı bu kartların sahibləridir.

Visa Mini kartının əsas üstünlüyü onun kompakt ölçüsüdür. O, standart kartdan 43% balacadır. Bir qayda olaraq deşikli buraxılır yaxud müştəriyə onu brelok kimi istifadə edilməsini mümkün edən orijinal üzlüklə komplektdə təklif edilir.

Miniatür kartların nöqsanlarını da qeyd etmək lazımdır. Onların köməyi ilə ancaq ticarət-xidmət müəsissələrində mal və xidmətləri ödəmək olar və eləcə də elektron terminallarla təchiz edilmiş bankların ofislərində pul vəsaitlərini qoymaq yaxud almaq olar. Kartdan bankomatda istifadə etmək olmaz. Bu səbəbdən Visa Mini çox vaxt adi kartla komplektdə təklif edilir.