Xüsusi borclanma hüququ

From ..::Banker.az::..
Jump to: navigation, search

Xüsusi borclanma hüququ (special drawing rights, SDR) – SDR beynəlxalq rezerv aktivi və ödəmə vasitəsidir. Bu, 1969-cu ildə BVF tərəfində Bretton-Vuds sisteminə dəstək və üzv ölkələrin mövcud rəsmi rezervlərinə əlavə kimi formalaşdırılıb. SDR üzv ölkələrə onların kvotalarına uyğun olaraq ayrılır və bəzi hesablaşmalarda süni valyuta rolunu oynayır. Onun dəyəri əsas beynəlxalq valyutaların “səbət”inə əsaslanaraq formalaşır.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı