Xüsusi növ rüsumlar

From ..::Banker.az::..
Jump to: navigation, search

Xüsusi növ rüsumlar (special duties) – rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının iqtisadi mənafeyini qorumaq üçün idxal edilən mallara müvəqqəti olaraq aşağıdakı xüsusi növ rüsumlar tətbiq oluna bilər: xüsusi rüsumlar; antidempinq rüsumları; kompensasiya rüsumları. Xüsusi növ rüsumların formalaşması və tətbiqi qaydası Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunur. Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq olunur: mallar Azərbaycan Respublikası gömrük ərazisinə bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vuran və ya ziyan vura biləcək kəmiyyətdə və şərtlərlə gətirildiyi təqdirdə müdafiə tədbiri kimi; digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi. Rəsmi qanunvericiliyə əsasən, xüsusi növ rüsumların (xüsusi, antidempinq və kompensasiya) tətbiqindən əvvəl Azərbaycan Respublikasının müvafiq dövlət idarəetmə orqanlarının təşəbbüsü ilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq on gün müddətində təhqiqat aparılır. Təhqiqat zamanı çıxarılan qərarlar kəmiyyətcə müəyyən edilmiş məlumatlara əsaslanmalıdır.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı