Xəzinədarlıq

From ..::Banker.az::..
Revision as of 21:09, 29 November 2011 by 188.253.175.155 (talk) (Created page with "'''Xəzinədarlıq (Treasury)''' – ölkənin Maliyyə Nazirliyinin tərkibində və ya muxtar şəkildə fəaliyyət göstərən xüsusi bir qurumdur. Bu qurumun yaranması baz...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Xəzinədarlıq (Treasury) – ölkənin Maliyyə Nazirliyinin tərkibində və ya muxtar şəkildə fəaliyyət göstərən xüsusi bir qurumdur. Bu qurumun yaranması bazar iqtisadiyyatının özunəməxsus tələblərindən irəli gəlir. Həmin tələblərə aşağıdakıları aid etmək olar: a) bazara keçid dövründə büdcənin icrası üzrə informasiya təminatı problemlərinin aradan qaldırılması; b) ölkədə mikroiqtisadi tənzimləmənin təsirli təşkilati qurumlarının yaradılması və normal fəaliyyətinin təşkili; v) radikal dəyişikliklərə və yeniliklərə operativ reaksiya verilməsi; q) dövlət büdcəsinin icrasında qarşıya çıxan cari problemlərin həlli və s. Bu tələblərə tam cavab vermək iqtidarında olan hər bir xəzinədarlıq dövlətin gəlir və xərclərinə nəzarət edən və pul vəsaitlərinin hərəkətini dəqiq tənzimləyən dövlət orqanı kimi təşəkkül tapa bilər.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı