Xəzinədarlıq sistemi

From ..::Banker.az::..
Revision as of 21:10, 29 November 2011 by 188.253.175.155 (talk) (Created page with "'''Xəzinədarlıq sistemi (Treasury system)''' – maliyyə planlaşdırılması, büdcənin icra edilməsi, nağd dövriyyənin idarə olunması, kassa əməliyyatları, maliyy...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Xəzinədarlıq sistemi (Treasury system) – maliyyə planlaşdırılması, büdcənin icra edilməsi, nağd dövriyyənin idarə olunması, kassa əməliyyatları, maliyyə uçotu, daxili audit, daxili və xarici borcların idarə edilməsi funksiyalarını icra edən bütün təşkilati qurumlarınməcmusudur. Bu sistem çox mürəkkəb informasiya axınlarının idarə edilməsi sistemidir. Həmin sistemin ən mühüm xüsusiyyəti onun xəzinədarlıq hesabı açmaq hüququna malik olmasıdır. Ölkədə olan digər dövlət idarələrindən heç birinin belə hüququ yoxdur. Xəzinədarlıq sisteminin yaradılmasında əsas məqsəd büdcə təşkilatlarının fərdi maliyyə hesablarına daimi nəzarəti həyata keçirməkdir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı