Xidmət

From ..::Banker.az::..
Jump to: navigation, search

Xidmət (service) – malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur. Xidmətlərin göstərilməsi zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin ayrılmaz tərkib hissəsi hesab edilir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı