15 C
Baku
Friday, March 29, 2024

Diqqəti cəlb edən reklam hiylələri

Şəkillər solda, yazı sağda:

Brend öz məhsulunu reklam etdikdə, şəkilin solda, yazının isə sağda olması vacibdir. Buna əsas səbəb isə, beynimizin sağ yarımkürəsi təsvirlərin mənisənilməsinə cavabdehdir, bununla belə beyin vizual məlumatı güzgü effekti ilə qəbul edir. Loqotipin sağ tərəfində yerləşən təsviri mənimsəmək üçün onu ilk olaraq çevirmək lazım gələcək. Təsviri sol tərəfdə yerləşdirməklə beyinin işini rahatlaşdırırıq.

Reklam lövhəsində təsvir edilən simanın üz ifadəsi anlaşılmaz olmalıdır:

Beyin insan üzünü təhlil etdikdə onu əvvəllər qarşılaşdığı ifadələr ilə müqayisə edir. O gülümsəyən və yaxud kədərli üz ifadəsi gördükdə avtomatik olaraq insanın şad və yaxud kədərli olduğu haqqında nəticə çıxarır. Lakin anlaşılmaz üz ifadəsi beyini məcbur edir ki, onu ətraflı müşahidə etsin. Nümunə olara Mona Liza rəsm əsərini göstərə bilərik. İnsan uzun illər boyunca saatlarla onun üz ifadəsini təhlil etmişlər.

Nə qədər az olarsa, bir o qədər yaxşıdır:

Əksəriyyətimizin bildiyi kimi, internetdən qanunsuz olaraq teleserial yükləyən şəxs, bu faylda filmdən daha çox reklam izləyər. Reklamı blok edən texnologiyanın yaranması ilə sahibkarlar reklam gəlirləri ilə məzmunun keyfiyyəti arasında balansı qorumağa ehtiyac artmışdı. Ağıllı şəxslər reklamın sayını azaldır və buna baxmayaraq gəlir qazanmağa davam edir. Çünki istehlakçılar reklam saytda “əsas” olmadığı təqdirdə onunla barışmağa razıdırlar.

Ətrafların iti olmamasına çalışmaq:

Zamanla təkamül insanlara bir faktı aşıladı ki, kəskin, iti sonluqlaq zədə yetirə bilər və bütün mümkün vasitələrdən istifadə edərək onlardan qaçmaq lazımdır. Bununla əlaqədar olaraq dizaynda olan “iti sonluqlar” istifadəçinin beynində həmin məhsuldan uzaqlaşmalı olduğu hissini yaradır. Əgər fikir vermisinizsə, Apple (bu yaxınlara qədər) öz məhsullarının dizaynında iti kənarlara üstünlük vermir.

Yarım qaydası:

Sticky şirkətinin apardığı araşdırma aşkar edir ki, əgər istehlakçı 1,5 və yaxud ondan çox saniyə ərzində reklama baxırsa, tezliklə brendi və onun istehlakçıya olan müraciətini yadda saxlayacaq. Reklama saniyə ərzində baxan istehlakçılar reklamçılar üçün ciddi problem yaradır. Lakin 1,5 və daha çox saniyə ərzində reklamın izlənməsi rekamçılar aasında “qızıl nöqtə” adlandırılır.

Son xəbərlər
Digər xəbərlər