13 C
Baku
Friday, April 19, 2024

Disney əməkdaşlarına 1000 dollar mükafat ödəyəcək

Banker.az xəbər verir ki, Walt Disney və Verizon şirkətləri Donald Trumpın vergi islahatı nəticəsində qənaət edilmiş pullardan əməkdaşlarına birdəfəlik pul mükafatı ödəyən şirkətlərin sırasına qoşilub.

Belə ki, Disney şirkəti ABŞ ərazisində işləyən 125 min əməkdaşına 1000 dollar məbləğində birdəfəlik bonus ödəyəcək. Bununla yanaşı, şirkət fonda 50 milyon dollar yatıracaq ki, buradan da əldə edilən vəsaitlər əməkdaşların təhsilinə sərf ediləcək.

Verizon şirkəti isə tam ştat çalışan əməkdaşlarının hər birinə şirkətin 50 səhmini paylayacaq. Hazırda şirkətin səhmlərinin dəyəri təqribən 53 dollardır, beləliklə, bu da 2650 dollara bərabər olacaq.

Dekabr ayının sonunda, ölkə prezidenti tərəfindən qanun imzalandıqdan dərhal sonra, American Airlinews, Bank of America, Comcast və Wallmart şirkətləri əməkdaşlarına birdəfəlik 1000 dollar həcmində bonus ödəniləcəyini elan etmişdi.

Son xəbərlər
Digər xəbərlər