15 C
Baku
Friday, April 26, 2024

Disney studiyasının rəhbəri 250 milyonluq film uğursuzluğundan sonra istefa verdi

Walt Disney Studios-un prezidenti Riç Ross kompaniyanın ən böyük uğursuzluqları sırasına daxil olmuş “Con Karter” filmindən bir ay sonra öz postunu tərk etmək qərarını verdi.

Elektron məktubda o, öz gedişinin səbəbini belə izah edir: “Mən daha əmin deyiləm ki, prezident vəzifəsinin öhdəsindən layiqincə gələ bilərəm”.

 Disney studiyası hələ ki, yeni prezidentin adını açıqlamır.

Artıq 15 il idi ki, Ross Disney kompaniyasında çalışırdı, 2009-cu ilin oktyabr ayından bəri isə o, Walt Disney Studiyasının rəhbəri olmuşdu. Bundan əvvəl isə o, Disney kanalına başçılıq etmişdir, onun rəhbərliyi altında kanal iki, dünyaca populyarlıq qazanmış High School Musical və Hannah Montana teleseriallarını çəkmişdi.

Rossun prezidentliyi dövründə Disney studiyası dünyanın ən sürətli inkişaf edən kino bazarı hesab olunan Çin ilə müştərək kino şəkilləri istehsalı barədə razılıq imzalamışdı. Qeyd etmək lazımdır ki, Çin bazarına daxil olmaq çox çətindir, çünki ölkədə əcnəbi kinolentlərə qarşı qadağalar hökm sürür.

Kompaniyanın baş icraçı direktoru Bob İqler keçmiş prezidentin şirkətin uğur qazanması üçün çəkdiyi zəhməti yüksək qiymətləndirdiyini bildirmişdir: “Demək olar ki, on il ərzində Riç Rossun yaradıcı intuisiyası, işgüzar bacarığı və ümumilikdə onun təbiətinin bütövlüyü Disneyin başlıca strukturlarında öz bəhrəsini vermişdir”.

Uğursuzluq arxasınca uğursuzluq

“Con Karter” filmi Disney studiyasına 250 milyon dollara başa gəldi, o nəinki öz pulunu çıxartmadı, həm də şirkətə 200 milyon dollar zərər gətirdi.

 Rossun prezident postuna gəlişindən sonra kompaniya bir neçə dəfə böyük itkilərə məruz qalıb: belə ki, “Fars şahzadəsi”, “Cadugərin şagirdi”, “Məzun gecəsi”, hətta “Vinni-pux” filmi də tamaşaçıların rəğbətini elə də çox qazana bilmədi.

 Walt Disney Studios-a rəhbərliyə başladıqdan sonra, 50 yaşlı Riç Ross Edqard Berrouzun romanı əsasında çəkilməli olan fantastik janrlı “Con Karter” filminin istehsalı haqqında qərarı təsdiqlədi ki, bu da kompaniyaya 250 milyon dollara başa gəldi. Filmin çəkilməsi haqqında ideya hələ onun studiyaya başçılıq etməsindən öncə işlənilib-hazırlanmışdı.

 Ötən ay kompaniya elan etdi ki, film ona 200 milyon dollar həcmində zərər gətirib: ABŞ-da o cəmi 68 milyon dollar yığa bilmişdi, baxmayaraq ki, filmin dünya  “kassası” demək olar ki, 200 milyon təşkil etmişdi, bütün xərcləri dəf etmək üçün filmə mütləq 700 milyon dollar yığmaq tələb olunurdu.

 Rəhbərliyinin ilk dövrlərində Ross bir sıra xərcləri azaldaraq, Disney brendi üçün əhəmiyyətli hesab etmədiyi bir sıra layihələrin icrasını dayandırdı: o Miramax etiketini xarici investorlara sataraq, “Su altında 20 min il” və ya “Gerçək kabanlar-2” kimi kinolentlərin çəkilişini dayandırdı, həmçinin Con Depin baş rolu ifa etdiyi “Təha reyncer” filminin çəkilişi onun büdcəsi ixtisar edilməyənə qədər müvəqqəti təxirə salındı.

 Walt Disney kompaniyasının əsası 1923-cü ildə animasiya studiyası kimi qoyulmuşdur. Müasir zamana isə kompaniya kifayət qədər böyümüş şəkildə gəlib çıxmışdır: 11 fərqli mövzulu park, 2 akvapark və bir neçə radiostansiya və telekanallar, o cümlədən Amerikanın ABC kanalı, Pixar animasiya studiyası və Marvel Comics nəşriyyatı məhz Disneyə məxsusdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər