23 C
Baku
Tuesday, April 23, 2024

Dollar kreditim var, risklərimi necə sığortalayım?

Banker.aza oxucular tərəfindən ən çox verilən suallardan biri “Dollar kreditim var, özümü necə sığortalayım?”. Bu suala bir mənalı təbii ki cavab vermək kifayət qədər çətindir. Lakin bu məsələyə müştəriyə kömək məqsədi ilə öz məsləhətimizi vermək istərdik. Təbii ki, burada yazılan qeydlər bir qism müştəriyə primitiv görsənməsinə baxmayaraq, bu suala cavab tapa bilməyən bir çox oxucularımız vardır. Bu yazıda məhz həmən şəxslərə ünvanlanır.

Məlum məsələdirki, dolların möhkəmlənməsi prosesi heç kimdə şübhə yaratmır. Bu həm dünyada gedən proseslərdən (FED-in dekabrda qəbul edəcəyi qərar) , həmdə neft qiymətlərinin azalması fonunda manatın mövqeyinin zəifləməsi fonunda zəruri hal kimi görsənir.

Dollar möhkəmlənərsə, bu təbii ki hər bir dollar krediti götürmüş şəxsin yüklənməsinə gətirib çıxaracaqdır.

Əgər kreditiniz dollardadırsa, çalışın aşağıdakı addımları atın:

  • İlk növbədə dollar kreditiniz olan bankla danışmağa çalışın. Banka dollar kreditinizi Manata çevirməq barədə istəyinizi bildirin. Praktikada, bəzi banklar bunu müştərilər üçün edirlər , çünki bu təkcə müştəri üçün yox, bank üçün gələcəkdə riskləri qismən azaltmağa köməklik edir. Lakin bəzi banklar bir-başa olaraq müştərilərin bu təkliflərini rədd edirlər. Belə halda növbəti addıma keçin.
  • Əlinizdə qalan dollar krediti həcmində digər bankdan Manat krediti götürün və götürdüyünüz kreditlə dollar kreditini bağlayın . Bu əməliyyatdan sonra sizin dollar krediti götürdüyünüz bankla işiniz yekunlaşır və siz ancaq manat götürdüyünüz banka borclu qalırsınız. Hazırda banklardan kredit götürmək asanlaşıb – çünki demək olar bütün banklar kredit verməkdə çətinlik çəkirlər, əhali kredit götürmək istəmir. Bu baxımdan sizin işiniz yüngülləşəcək. Məsələnin çətin tərəfi sizin yeni kredit götürən zaman əlavə olaraq dollar kreditinizin olmasıdır. Yüklü olduğunuzdan bank sizə imtina edə bilər. İmtinanın səbəbi sizin hər iki krediti birdən ödəmək imkanınızın olmamasıdır. Bu zaman siz kredit işçisinə səmimi olaraq digər bankda olan dollar kreditini bağlamaq istəyinizi bildirirsiniz.
  • Yuxarıda qeyd olunan ikinci variantın digər variasiyası, digər şəxsin adına kredit götürmək və dollar kreditini  bağlamaq.
  • Əgər nə özünüz, nədə tanışınızın adına kredit götürə bilməsəniz, tövsiyyə edirik tanışlarınızdan borca pul götürüb dollar kreditini bağlayasınız. Bağladıqdan sonra manat kreditini götürmək sizə daha asan olacaq, çünki artıq kredit öhtəliyiniz yoxdur. Manat kreditini götürdükdən sonra yaxınlardan borc götürdüyünüz məbləği bankdan götürdüyünüz kreditlə onlara qaytarırsınız.
  • Kredit götürməyin digər asan üsüllarından biri bank və BOKT-ların bəzilərində olan qızıl girovu ilə kreditlərdirki, siz onlardada faydalana bilərsiniz.

 

attentionManat krediti götürüb dollar kreditini bağlamaq niyyətiniz olarsa, aşağıdakı nüanslarda diqqətli olun:

  • manat kreditini götürən zaman həyat sığortası adı ilə sizə əlavə faiz tutulması məsələsi
  • Komission haqqının 1%-dən çox olmaması (Mərkəzi Bankın təyin etdiyi limit)
  • Müqavilədə qeyd olunan faizə diqqət edin: Bu faiz istehlak kreditləri üçün illik FİFD 29% , biznes kreditləri üçün 25%dən çox olmamalıdır. FİFD bütün bankların müqavilələrində olmalıdır.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.