Dollar Rusiya birjalarında 30 günün maksimumuna yüksəlib

Moskva Birjasında dolların məzənnəsi yenidən bahalaşmağa başlayıb.

Banker.az bu barədə birjanın göstəricilərinə istinadən xəbər verir.

Məlumata görə, USD/RUB məzənnəsi 8 qəpik qalxaraq 57,04 səviyyəsində olub. Qeyd edək ki, 30 gün ərzində ən aşağı məzənnə 25 yanvarda – 55,56 rubl, ən yuxar məzənnə isə bu gün qeydə alınıb.

Avro da rubl qarşısında bahalaşıb. Belə ki, avro gün ərzində 30 qəpik artaraq 70,67 rubl olub.