Dollar Yapon yeni və avroya qarşı da bahalaşır

Yaxın Şərqdə geosiyasi gərginlik nəticəsində ötən gün Yaponiya yeninin bahalaşmasına baxmayaraq, bugünkü ticarət sessiyasında Yaponiya yeni dollara qarşı müəyyən qədər ucuzlaşır.

Dolların Yaponiya yeninə qarşı indeksi 106,79 bəndindən 106,91 bəndədək bahalaşıb.

Avro isə dollara qarşı ucuzlaşaraq 1,2368 bəndindən 1,2361 bəndədək azalıb. Ümumilikdə, dolların indeksi əsas valyutalar səbətinə qarşı 0,05% artaraq 89,55 bəndədək bahalaşıb.

Valyuta bazarı iştirakçıları Yaponiya yeninin bahalaşmasından sonra bu gün öz mənfəətlərini yenidən nəzərdən keçirməli olacaqlar. Valyuta bazarında gərginliyin yaranmasına digər səbəb ABŞ prezidenti Donald Trampın Suriya il bağlı bəyanatı olub.

📝 RƏY BİLDİR