Ölkədə 2015-ci il ərzində baş vermiş 2 kəskin devalvasiyadan sonra Bank sektorunun fəaliyyət strategiyası dəyişdi. Banklar öz valyuta risklərini tənzimləmək üçün əmanət və kredit şərtlərində köklü dəyişikliklərə getmək məcburiyyətində qaldılar. Dövlət də öz növbəsində proseslərə biganə qalmadı, və manatın dollara və digər valyutalara nisbətdə zəifləməsinin qarşısının alınması üçün müəyyən tədbirlər gördü. Bu tədbirlərə misal olaraq, məsuliyyətli kreditləşmə siyasətinin bütün banklarda tətbiqi, kreditlər üzrə maksimum FİFD göstəricilərinin təyini, qorunan əmanətlərin strukturunda olan dəyişiklikləri və s.aid etmək olar.

Devalvasiyalardan öncə qorunan əmanətlərin faiz dərəcələri manat və valyuta olaraq fərqləndirilmirdi. Lakin devalvasiyalardan sonra Banklarda olan əmanətlər sürətlə dollarlaşmağa başladı. Bunun qarşısının alınması üçün dövlət qorunan əmanətlərin faiz dərəcələrini manat və valyutada fərqli təyin etdi. Hal-hazırda bu göstərici manatda 15%, dollarda isə 3% təşkil edir. Buna baxmayaraq bəzi vətəndaşlar hələ də öz vəsaitlərini valyutada saxlamağa üstünlük verir.

Banker.az komandası olaraq Banklarımızın USD valyutasında olan əmanət faizləri ilə bağlı kiçik bir monitorinq apardıq. Qarşılaşdığımız mənzərə demək olar ki eyni oldu – əksər banklarda təklif edilən faizlər illik 3%-i aşmır. Bu Bankların USD əmanətlərinə olan maraqsızlığının göstəricisidir. Lakin bəzi Banklarda bu hal istisna təşkil edir. Aşağıda Sizlər üçün faydalı ola biləcəyini düşündüyümüz məlumatlar əks edilmişdir. Ölkədəki ən yüksək USD əmanətləri və onların şərtəri aşağıdakı cədvəldə əks edilmişdir.

Bank Əmanətin adı Minimal məbləğ İllik faiz dərəcəsi Artırılma imkanı
Aylıq Müddətin sonunda
Dəmir Bank Göy əmanət 100 USD 12 ay – 5%

24 ay – 6.5%

36 ay – 7%

12 ay – 6%

24 ay – 7%

36 ay – 7.5%

Mümkün deyil
Qırmızı əmanət 100 USD 12 ay – 4%

24 ay – 5%

36 ay – 5%

istənilən vaxt min. 50  USD olmaqla artırılma mümkündür
NBC Bank Müddətli depozit 200 USD 3 ayadək – 4%

4 – 6 ay – 5%

7 – 9 ay – 6%

10 – 12 ay – 7%

Mümkün deyil
Universal depozit 200 USD 12 – 36 ay – 7% İlk 9 ay ərzində hər ay əmanətin ilkin məbləğinin 100 %-nə qədər
Maximum 200 USD 12 – 36 ay – 8% Mümkün deyil
Atabank Universal əmanəti 500 USD 12 ay – 5.5%

24 ay – 6.5%

36 ay – 6.75%

48 ay – 7%

60 ay – 7.5%

12 ay – 6%

24 ay – 7%

36 ay – 7.25%

48 ay – 7.5%

60 ay – 8%

Mümkün deyil
Yığım əmanəti 300 USD 12 ay – 4%

24 ay – 5%

36 ay – 6%

48 ay – 6.5%

60 ay – 7%

Hər ay minimum 100 USD olmaqla əmanəti artırmaq imkanı;

Artırılan məbləğin cəmi ilkin əmanət məbləğinin 3 mislindən artıq ola bilməz;

VİP 50 000 USD 12 ay – 5%

24 ay – 6.25%

36 ay – 6.5%

48 ay – 6.75%

60 ay – 7.25%

12 ay – 6%

24 ay – 7%

36 ay – 7.25%

48 ay – 7.5%

60 ay – 8%

Mümkün deyil