15 C
Baku
Saturday, April 20, 2024

Dolların enməsinə səbəb olan 3 əsas amil hansılardır?

Amerika valyutasının məzənnəsi enməyə davam edəcək, belə ki, geosiyasi gərginlik bir çoxlarını amerikan dollarına alternativ axtarmağa vadar edir.

Banker.az xəbər verir ki, Danimarkanın Saxo Bank bankının baş valyuta strateqi John Hardy ABŞ dollarının perspektivlərinə mənfi təsir edən 3 əsas katalizatoru elan edib.

John Hardy əsas mənfi amil olaraq dünya iqtisadiyyatı və maliyyə bazarlarında daha çox vacib rol oynamağa başlayan Çinin daimi artımını elan edib.

Saxo Bank strateqinin fikrincə, ikinci mənfi amil Şimali Koreya ətrafında yaranan geosiyasi gərginlikdir. Hardynin sözlərinə görə, regionda yaşanan çətin vəziyyət ABŞ və Çin arasında münasibətlərə son qoya bilər ki, bu da amerikan valyutasına mənfi təsir edəcək.

Nəhayət, üçüncü amil olaraq ekspert Avropa İttifaqı və ABŞ arasında əlaqənin zəifləməsini vurğulayıb. Hardy qeyd edir ki, Aİ-nın qarşısında Angela Merkelin Almaniyada növbəti qələbəsi fonunda siyasi arenada müstəqillik məsələsi dayanır.

Son xəbərlər
Digər xəbərlər