15 C
Baku
Friday, March 29, 2024

Dolların məzənnəsi 36 aylıq minimumu yeniləyib

Bugünkü ticarət sessiyasında dollar digər valyutalara qarşı ucuzlaşaraq 2014-cü ilin dekabrından bəri ilk dəfə ən minimum səviyyədə ticarət olunub.

Dolların indeksi 0,5% azalaraq 89,666 səviyyəsinə enib.

ABŞ valyutasının avroya qarşı məzənnəsi 0,32%, funt sterlinqə qarşı 0,68% ucuzlaşıb.Öz növbəsində, Yaponiya yeni dollara qarşı 0,61% bahalaşıb.

Qeyd edək ki, dolların əksər valyutalara qarşı ucuzlaşması ABŞ-ın maliyyə naziri Stiv Mnuçinin verdiyi açıqlama ilə əlaqələndirilir. S. Mnuçin qeyd edib ki, dolların məzənnəsinin zəifləməsi onu narahat etmir. Eyni zamanda nazir bildirib ki, ABŞ administrasiyası hal-hazırda dolların ucuzlaşmasında maraqlıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər