15 C
Baku
Friday, March 29, 2024

Dolların məzənnəsi John Taylor səbəbindən artmağa başlayıb

Dolların məzənnəsi ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin (FED) rəhbərliyi üçün Con Teylorun (John Taylor) namizədliyini düşünməsi barədə çıxan xəbərlərlə möhkəmlənməyə başlayıb. “Bloomberg” agentliyinə istinadən, “Ağ Ev”dən verilən məlumatda ötən həftə Teylorun Trampla görüşündən sonra Prezidentdə müsbət təəssürat yaratdığı bildirilir.

Xəbərin açıqlanması əsas valyuta cütlüyü olan USD/EUR-un 1,1820 səviyyəsindən 1,1750 səviyyəsinə qədər geriləməsinə səbəb olub. Həmçinin, dollar funt sterlinqə qarşı 0,4% bahalaşıb.

Qeyd edək ki, C.Teylor FED-in 2017-ci ildə uçot dərəcəsini 3 dəfə artırması fikrini dəstəkləyib. Tokioda yerləşən “SMBC Trust Bank” menecerlərindən olan Simon Pianfettiyə görə, “Teylor FED-in bu günədək uçot dərəcəsini daha çox artırmalı idi və hələ də artırmalıdır. Teylor FED rəhbəri olarsa, faizlər sürətlə yüksələcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər