21 C
Baku
Thursday, April 25, 2024

Dolların möhkəmlənməsi 2017-ci ilin ən böyük iqtisadi riskidir!

2017-ci ildə dünya iqtisadiyyatının artımı proqnozlardan daha yaxşı nəticə nümayiş etdirə bilər. Lakin bir sıra qeyri-müəyyən amillər mövcuddur ki, bunlardan ən əhəmiyyətli olanı dolların ani olaraq möhkəmlənməsidir.

Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, bunu Allianz şirkətinin baş iqtisadi məsləhətçisi Mohamed El-Erian bildirib.

Həmçinin dünya iqtisadiyyatının artımının üç faizdən aşağı olması riskləri də mövcuddur. “İnkişaf etməkdə olan ölkələrin əksəriyyəti krediti dollar ilə əldə etməyə üstünlük verirdi. Çünki onlar düşünür ki, bu formada borcun dəyəri daha az təsir bağışlayır” – deyə El-Erian qeyd edib.

O həmçinin bildirib ki, hazırda dolların qiymətinin dəyişməsində ən böyük risk – maliyyə şirkətlərində disbalansın yaranmasıdır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər