14 C
Baku
Thursday, March 28, 2024

Dollarla olan kreditlərə banklar necə güzəştlər edir?

Hər kəsə aydın məsələdir ki, 21 fevral tarixində manatın məzənnəsində baş vermiş devalvasiya bir çox sahələr ilə yanaşı əhaliyə də pis təsir göstərdi. Buna başlıca nümunə olaraq, problemli kreditlərin artmasını göstərmək olar. Son statistik göstəricilərdə problemli kreditlərin rekord həddə çatdığı göstərilir. Devalvasiya zamanı dolların qiymətində baş vermiş artım, dollarla kredit götürən şəxslərin geri ödənişini çətinləşdirib.

May ayının 7-si Konstitusiya Məhkəməsi dolların məzənnəsinin dəyişməsindən sonra banklarla müştərilər arasında kredit ödənişi ilə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirdi. Məhkəmənin qərarı ilə dollarla götürülən kredit yeni məzənnə ilə qaytarılmalıdır. Lakin, burada əhalinin maraqlarının da unudulmaması tövsiyə edilib.

Belə ki, əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəuyğundur.

Bəs ölkənin hansı bankları əhaliyə bu güzəştləri tətbiq edir?

Bank of Baku – Müddətin uzadılması ilə bağlı güzəştlər tətbiq olunur. Həmçinin bank faizlərdə də endirimlər edə bilər.

Access Bank – Müddətin uzadılması ilə bağlı güzəştlər tətbiq olunur. Həmçinin bank faizlərdə də endirimlər edə bilər.

Nikoil Bank Müddətin uzadılması ilə bağlı güzəştlər tətbiq olunur. Həmçinin bank faizlərdə də endirimlər edə bilər.

Rabitəbank – Müddətin uzadılması ilə bağlı güzəştlər tətbiq olunur. Həmçinin bank faizlərdə də endirimlər edə bilər.

Bank Respublika – Müddətin uzadılması ilə bağlı güzəştlər tətbiq olunur. Həmçinin bank faizlərdə də endirimlər edə bilər.

Bank Technique – Bütün müştərilərə müddətin uzadılması tətbiq olunmur. Yalnız bankın komitəsi icazə verərsə müddət uzadılacaq.

Amrahbank– Ödəniş etməkdə çətinlik çəkən müştərilərin kredit müddəti uzadılır.

ASB Bank – Ödəniş etməkdə çətinlik çəkən müştərilərin kredit müddəti uzadılır.

ATA Bank – Ödəniş etməkdə çətinlik çəkən müştərilərin kredit müddəti uzadılır.

Bank BTB – Ödəniş etməkdə çətinlik çəkən müştərilərin kredit müddəti uzadılır.

Bank VTB – Ödəniş etməkdə çətinlik çəkən müştərilərin kredit müddəti uzadılır.

Turan Bank – Ödəniş etməkdə çətinlik çəkən müştərilərin kredit müddəti uzadılır.

Xalq Bank – Ödəniş etməkdə çətinlik çəkən müştərilərin kredit müddəti uzadılır.

YapıKredi Bank – Ödəniş etməkdə çətinlik çəkən müştərilərin kredit müddəti uzadılır.

Muğan Bank – Heç bir gözəşt yoxdur (sadəcə 16-13 Fevral tarixlərində bağlanmış müqavilələrin kredit faizlərində endirim oluna bilər.)

Bank Standard – Heç bir güzəşt yoxdur

AG  Bank – Heç bir güzəşt yoxdur

Expressbank – Heç bir güzəşt yoxdur

Unibank – Heç bir güzəşt yoxdur

Digər bankların dollarla verilən kreditlərə güzəşt tətbiq edib,etməməsi ilə bağlı, bankın kredit götürdüyünüz filialına yaxınlaşaraq məlumat öyrənməyiniz mümkündür.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.