15 C
Baku
Saturday, April 20, 2024

Domino’s Pizza səhmləri Google səhmlərindən daha gəlirlidir

Domino’s Pizza pizzeriya şəbəkəsinin səhmlərinin gəlirliliyi 2004-cü ildə IPO həyata keçirilən andan bu günə qədər Google şirkətinin səhmlərinin gəlirliliyindən daha yüksəkdir. Google şirkəti də səhmlərinin ilkin yerləşdirilməsini (IPO) onunla eyni bir vaxtda həyata keçirmişdi.

 

Wall-Street analitikləri adətən Domino’s Pizza şirkətinin səhmlərini oxşar iş prinsipləri səbəbindən texnoloji şirkətlərin qiymətli kağızları ilə müqayisə edirlər.

“Domino’s Pizza şirkəti texnoloji şirkətlərdə olduğu kimi özünü aktivlərlə yükləməyib. Onun sahib olduğu 13 000 restoranın 97%-i françayza məxsusdur. Buna görə də, pizzeriya icarə haqqına və ticarət nöqtələrinin saxlanmasına çox vəsait sərf etmir. Bunun əvəzində, şirkət sərbəst qalan pullarını dividentlərin ödənişinə, səhm alışına və öz texnologiyalarının inkişafına xərcləyir” – deyə ekspertlər bildirib.

Son xəbərlər
Digər xəbərlər