26 C
Baku
Wednesday, April 24, 2024

Donald Trumpın çəkdiyi rəsm əsəri 30 min dollara satıldı

ABŞ-ın qalmaqallı qərarları ilə yadda qalan prezidenti Donald Trumpın müəllifi olduğu rəsm əsəri hərraca çıxarılıb.

Banker.az saytı BuzzFeed News-a istinadən xəbər verir ki, Donald Trump tərəfindən 2005-ci ildə bir xeyriyyə tədbirində çəkilmiş rəsm əsəri Nate D. Sanders Auctions hərrac evində 29 min 184 dollara satılıb.

Şəkildə Nyu-York şəhərinin mənzərəsi, mərkəzdə isə Trump Tower göydələni təsvir olunub. Həmçinin rəsm əsərinin üzərində ABŞ prezidentinin imzası da var.

Qeyd edək ki, sözügedən bu rəsm əsərinin hərraca çıxarılması haqqında məlumat 24 iyul tarixində verilmişdi. Lotun başlanğıc qiyməti 9 min dollar idi. Alıcının adı isə açıqlanmır.

2016-cı ilin avqust ayında qeyd edilmişdi ki, Hindistanın baş naziri Narendra Mori-nin ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə görüşdüyü zaman geydiyi kostyum hərracda satılan ən bahalı işgüzar geyim olub. Bu kostyumu isə hindistanlı zərgərlik maqnatı Laljibhai Patel 43 milyon rupiyə (o dövrün məzənnəsi ilə təqribən 643 min dollara) əldə etmişdi.pic 63455a8d0ca0af023462fadf7210ec08

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər