4 C
Baku
Friday, March 29, 2024

Donald Trumpın uşaqlıq evi kirayəyə veriləcək

Banker.az xəbər verir ki, ABŞ prezidenti Donald Trumpın uşaqlıq dövrünün ilkin illərini keçirdiyi mənzili artıq Airbnb xidməti vasitəsilə kirayəyə götürmək mümkündür.

5 yataq otağı, 15 çarpayı və 2 divanlı Jamaica Estates imarətində adambaşına 1 gecəlik 745 dollar ödəyərək yaşamaq olar.  pic 9a3e92d0042370e86242f11e67fc2330

Donald Trump 1946-cı ildə doğulduğu andan 4 yaşı tamam olana qədər valideynləri ilə burada yaşayıb. Evdə eyni anda 20 qonağı qarşılamaq mümkündür. Simsiz internet və kabelsiz televizor var. Ev sakinlərini səhər yeməyi təqdim edilir. Bundan əlavə, qonaq otağında kartondan Donald Trumpın təbii ölçüsünə uyğun fiquru yerləşdirilib.

Verilən məlumatlara görə, ev 11 avqust tarixində kirayə üçün təqdim ediləcək.

 

Son xəbərlər
Digər xəbərlər