13 C
Baku
Thursday, April 18, 2024

Dörd il öncə aldığı 27$-a Bitcoin bu gün 9000$ oldu

Kristofor Koç 2009-cu ildə tələbə ikən 27 dollar sərmayə qoyaraq 5 min bitkoin alır. Daha sonra bu sərmayə haqqında unudur.

Uzun illər unutduğu sərmayə haqqında məlumat almaq üçün bitkoin pul kisəsinə girməyə cəhdlər edir. Hələ o zamanlar 2013-cü il idi.

Pul kisəsinə giriş əldə etdikdə isə çox təəccüblənir. 4 ildə 27 dollar sərmayə qoyduğu 5 min bitkoinin dəyəri 900 min dollaradək yüksəlmişdi. Əslində o heç bir cəsarətli addım atamışdı, sadəcə bitkoinə sərmayə etmişdi, amma artan faizlər nəticəsində pulun dəyəri rekord həcmdə artmışdı.

Qeyd edək ki, Koçun bitkoindən qazandığı 900 min dollar ilə ABŞ-da mənzil almaq mümkündür.

Bitkoin virtualkriptovalyutadır. Ekspertlər fikirləşir ki, baxmayaraq ki, bu günümüzdə onu əl və cibimizdə daşıya bilmirik, amma onun gələcəyin pul vahidi olacağı şübhəsizdir.
Müasir dövrümüz internet əsridir. Əgər bu günü əksər alış-verişləri onlayn edə biliriksə, niyə pul vahidimiz də virtual olmasın?

Son xəbərlər
Digər xəbərlər