15 C
Baku
Saturday, April 20, 2024

Dost və qohumlar – yaxşı əməkdaş və ya baş ağrısı

Bir çox yeni başlayan iş adamları, öz bizneslərini yaradarkən eyni səhvlərə yol verirlər. Qeyd etmək lazımdır ki, bu səhvlər heç də hüquqi aspektdən olmur (yəni sənədlərin yanlış tərtibatı), əksinə yol verilən səhvləri strateji xarakter daşıyır. Yəni, iş adamı elə bir əməkdaşı işə götürür ki, həmin insan, ona bu işdə lazım olmayacaq. Məsələn Turan Abdullayev öz işini açır. Bir müddətdən sonra onun qohumları, dostları və tanışları növbəyə düzəlir ki, “nə olar, bizi də işə götür, bir az pul qazanaq”. Turan Abdullayev əlacsız qalaraq, dostunu, qohumunu və ya tanışını işə götürməli olur. Bir az keçəndən sonra o, bu gedişlə ya biznesini itirməlidir, ya da qohumlarını və s.

Gəlin, bu məsələni daha yaxından çözməyə çalışaq.

1. Qohumlar

Bu halda ən başlıca problem ondadır ki, iş adamı öz ailəsi qarşısında öz üzərinə müəyyən bir öhdəlik götürür. Əgər qohum öz vəzifələrinin öhdəsindən gəlməsə onu işdən çıxarmaq olduqca çətin olacaq –belə vəziyyətdə iş adamı öz ailəsinin düşməninə çevriləcək. Əgər iş adamı onu işdən çıxarmasa, onda həm ona, həm də onun vəzifələrini yerinə yetirən digər bir əməkdaşa əməkhaqqı verməli olacaq. Digər önəmli faktor isə, belə bir əməkdaşın idarəedilməsinin çətinliyidir, onları effektiv şəkildə idarə etmək mümkün olmur. Digər hallarda isə qohumlar qalan işçilər üçün pis nümunə ola bilər. Amma lap yaxın qohumlarla vəziyyət başqa cür də ola bilər: elə hallar olur ki, iş adamları kifayət qədər uğurla ailə biznesi quraraq, onu irəlilədə bilir.

2. Dostlar

Problem məhz qarşılıqlı dostluq münasibətindədir. Bu zaman insanlar öz dünənki yoldaşlarını, bugünkü müdir qismində qəbul etməyə çətinlik çəkir və onların əmrlərini – icrası məcburi olan bir tapşırıq kimi qəbul etmirlər. Nəticədə, yenə də yuxarıdakı halda olduğu kimi- qeyri intizamlı işçi ilə üzləşmək riski yaranır, bizim dostumuz öz davranışı ilə digərlərinə pis nümunə olur. Belə işçini vəzifədən uzaqlaşdırdıqda isə, biz öz dostluğumuzun üzərindən xətt çəkmiş oluruq. Təbii ki, bəzi istisna halları da vardır.

3. Əməkdaşların dostları

Yaxşı əməkdaşları işəgötürən tərəfin çox asanlıqla hörmətini qazana bilir. Əgər o, artıq özünə qarşı etimad hissi yaradıbsa, rəhbərdən öz qohumunu, tanışını və ya dostunu hansı isə bir vəzifəyə işə götürməyi xahiş edə bilər. Amma belə xahişlərə olduqca ehtiyatlı yanaşmaq lazımdır. Əməkdaşın, qüsursuz, nümunəvi işçi olması faktı hələ o, anlama gəlmir ki, onun gətirdiyi insan da eynilə onun özü kimi olacaq. Yaxşı əməkdaşın təklif etdiyi şəxsin peşəkar səriştəsini yoxlamadan onu işə qəbul edən biznesmen sonda həm bacarıqsız işçi əldə etmək, həm də birinci əməkdaşla ilə mövcud olan yaxşı münasibətlərin pozulması ilə risk edir, çünki bu tövsiyə təklifi məhz ondan gəlib.

4. Mərhəmət hissi

Hərdən elə də olur ki, biznes sahibi özünün “ürəyi yumşaqlığı” səbəbindən kimi isə işə götürür, fikirləşir ki, bu insana “kömək etmək lazımdır”. Elə bu halda da həmin insanın o vəzifə üçün nə dərəcədə müvafiqliyi və ya səriştəli olmasını müəyyən etmək ikinci plana keçir. Son nəticədə risklər birinci üç punktda olduğu kimidir. Amma bəzən çox əla bir işçi qazanmaq da mümkün olur.

Yadda saxlamaq gərəkdir ki, iş adamı qərarları məntiqlə, ayıq başla qəbul etməli və hisslərə yer verməli deyil. Yuxarıda qeyd olunan situasiyaların hər birində , bir sıra məsələlərə öncədən aydınlıq gətirmək lazımdır. Iş zamanı siz onlar üçün dost və ya qohum deyilsiniz, siz rəhbərsiniz və onlar bütün bu şərtlər və sizin gələcək qərarlarınızın mümkün nəticələri ilə öncədən razılaşmalıdır. Bəlkə onlar sizin irəli sürdüyünüz bütün şərtlərdən xəbərdar olsa, heç sizinlə işləməyə razılaşmayacaqlar. Onlar özləri bu işdən imtina edəcək. Kim ki, işləmək üçün qalacaq, adi bir işçi olacaq və onlar öz işlərinin öhdəsindən gələ bilmədikdə, məsələ ümumi qaydada həll ediləcək. İş adamına onları işdən çıxarmaq üçün dostların, həmkarların və ya qohumların yanında özünə bəraət qazanmağa ehtiyac olmayacaq.

Son xəbərlər
Digər xəbərlər